525.Az

Donald Tramp bir ildən sonra ilk dəfə “X”da paylaşım edib


 

Donald Tramp bir ildən sonra ilk dəfə “X”da paylaşım edib<b style="color:red"></b>

ABŞ-ın keçmiş prezidenti və bu posta yenidən namizəd olan Donald Tramp bir ildən sonra ilk dəfə “X” sosial şəbəkəsində paylaşım edib.

525.az “Report”-a istinadən xəbər verir ki, o, təşviqat kampaniyası ilə bağlı video paylaşıb.

Qeyd edək ki, onun platformanın sahibi İlon Maskla müsahibəsi gözlənilir.

Xatırladaq ki, Donald Trampın "X"dakı səhifəsi 2022-ci ildə sahibkar İlon Maskın siyasətçinin bu sosial şəbəkədəki hesabının blokdan çıxarılmasını elan etməsindən dərhal sonra bərpa olunub.

 





12.08.2024    çap et  çap et