"Osiyek”in erməni futbolçu Stepa Mkrtçyan komandasının UEFA Konfrans Liqasında "Zirə” ilə cavab oyunu üçün Bakıya gəlməyəcək.
QOL.az xəbər verir ki, bu barədə ermənu idman jurnalisti Suren Meliksetyan məlumat yayıb. "Qərar Xorvatiya klubunun rəhbərliyi tərəfindən futbolçunun təhlükəsizliklə bağlı əlaqədar qəbul edilib" deyə erməni jurnalist bildirib.
Zəruri olaraq qeyd edək ki, bu günə qədər Azərbaycanda keçirilən bütün idman tədbirlərində Ermənistan nümayəndələrinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub və onlarla bağlı Bakıdakı yarışlarda heç bir problem yaranmayıb. Ötən il İrəvanda təşkil olunan idman tədbirində isə Azərbaycan bayrağı yandırılıb.
Qeyd edək ki, "Zirə" - "Osiyek" görüşü avqustun 15-i keçiriləcək. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, mərkəz müdafiəçisi Stepa Mkrtçyan “Zirə” ilə Xorvatiyadakı ilk matçda əsas heyətdə yer alıb və 63 dəqiqə meydanda olub.