525.Az

Rusiyada azyaşlı cinayətkarlar - 10 yaşları yoxdur


 

Rusiyada azyaşlı cinayətkarlar - <b style="color:red">10 yaşları yoxdur</b>

Rusiyanın Armazas şəhərində qeyri-adi cinayətkar qruplaşma peyda olub.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 4 nəfərdən ibarət dəstənin üzvlərinin heç 10 yaşları yoxdur.

Şahidlərin bildirdiyinə görə dəstənin başçısı 8 yaşlı uşaqdı. Digərləri isə 7-9 yaş aralığındadır.

Onlar avtomobillərin yan güzgülərini, şüşələrini sındırır, bamperlərini çıxarır, təkərlərini deşirlər. Bir neçə halda salonda olan əşyaları oğurlayıblar. Bu da azmış kimi avtomobillərin kapot və damında tullanıb-düşərək ziyanın həcmini daha da artırırlar. Bir neçə halda isə çəndən benzin çəkərək avtomobilləri yandırmağa cəhd göstəriblər.

Qeyd edək ki, polis uşaqların valideynləri ilə maarifləndirici söhbətlər aparsa da, hələki bir nəticə hasil olmayıb.

L.Tağıyeva

 





13.08.2024    çap et  çap et