525.Az

Nepalda helikopter qəzası: 5 ölü


 

Nepalda helikopter qəzası: <b style="color:red">5 ölü</b>

Nepalın paytaxtı Katmandu şəhərinin şimalında dağlara düşən helikopterdə 5 nəfər həlak olub.

525.az xəbər verir ki, Nepal Mülki Aviasiya İdarəsinin verdiyi açıqlamaya görə, Katmandu Beynəlxalq Hava Limanından havaya qalxan helikopter havaya qalxdıqdan 3 dəqiqə sonra qüllə ilə əlaqəni kəsib.

Yerli hakimiyyət nümayəndələri bildiriblər ki, Katmandunun şimalında dağlarda qəzaya uğrayan helikopterin qalıqları arasından biri qadın olmaqla 5 nəfərin cəsədi çıxarılıb.

Qeyd edək ki, həyatını itirən 4 sərnişinin Çin vətəndaşı, pilotun isə Nepal vətəndaşı olduğu açıqlanıb.

Malik Atilay 

 





13.08.2024    çap et  çap et