Özbəkistanda həkimlər qeysəriyyə əməliyyatı zamanı əlcək və tənzifi xəstənin qarnında unudublar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2 ay əvvəl Nəmənqanda baş verib.
Qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən 33 yaşlı qadın 2 ay boyunca qarın nayihəsində ağrılardan şikayətlənirmiş. Üstəlik, bu müddətdə qızdırması düşmürmüş. Əlacsız qalıb yenidən müayinə olunarkən cərrahların kobud səhvi üzə çıxıb.
Qadın yenidən əməliyyat olunub və yad cisimlərdən canını qurtarıb.
Yeri gəlmişkən, səhlənkar həkimlərin hansı cəza aldıqları barədə məlumat olmasa da, bunu xəstəxana rəhbərliyinə etiraz əlaməti olaraq bilərəkdən etdikləri söylənilir.
L.Tağıyeva
çap et