Ukrayna məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin siyasətini dəstəkləyən Sumı vilayətinin sakini barədə qərar qəbul edib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan sıravi ukraynalı həmkəndliləri ilə söhbətdə müharibəyə görə Ukraynanı tənqid edib.
Məhkəmə zamanı isə o, münaqişədə olduğu qonşularının acığına bu cür fikirlər səsləndirdiyini bildirib. Lakin məhkəmə Sumı vilayətinin sakinini əfv etməyib.
Qərarə əsasən o, şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. Eləcə də ukraynalı şair Taras Şevçenkonun “Kobzar” şeirlər toplusunu oxumağa məcbur olub.
İbrahim Cəfərov
çap et