525.Az

Estoniyada həbsxana satılır


 

Estoniyada həbsxana satılır<b style="color:red"></b>

Estoniyanın ədliyyə naziri Liyza Pakosta maraqlı təkliflə çıxış edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ölkəsindəki həbsxanalardan birini satmağı təklif edib.

Məsələ burasındadır ki, Estoniyada 3 həbsxana fəaliyyət göstərir. 3334 yerlik bu həbsxanalarda isə ötən ilin sonuna olan məlumata görə 1841 məhbus saxlanılır. Başqa sözlə, 1493 yer boş qalıb. Dövlətin bu cəzaçəkmə müəssisələrinə ayırdığı pula qənaət etmək məqsədilə nazir məhz belə bir təklif irəli sürüb.

Başqa variantlar da var. Məsələn, həbsxanalardan birinin icarəyə verilməsi də mümkündür. Bu iki təklifdən heç biri dəyərləndirilməsə, böyük ehtimalla onlardan biri müvəqqəti bağlanacaq.

Yeri gəlmişkən, bir müddət əvvəl nazirliyin sözçüsü Taavi Siru bir neçə xarici dövlətin həbsxanaları icarəyə götürməkdə maraqlı olduqlarını və onlara təklif gəldiyini bildirmişdi.

L.Tağıyeva

 





14.08.2024    çap et  çap et