Cənubi Koreya Şimali Koreyanın sərhəddən təxminən 240 tullantı şarı göndərdiyini bildirib.
525.az "Yonhap"a istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın yenidən tullantı şarı göndərməyə başladığı açıqlanıb.
Açıqlamada, sərhəddən içərisində kağız və plastik butulkalar olan təxminən 240 şarın göndərildiyi və onların bir hissəsinin paytaxt Seulu əhatə edən Gyeonggi bölgəsinə düşdüyü bildirilib.
Qeyd edək ki, şimal tərəfinin mayın 28-dən etibarən cənuba təxminən 3600-dən çox tullantı şarı göndərdiyi bildirilib.
Malik Atilay
çap et