ABŞ-nin Yuta ştatında maraqlı müsabiqə keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatçılar dağlıq bölgədə içərisində 25 min ABŞ dolları olan sandıq gizlədiblər. Yerini isə ispan dilində yazılmış şeirdə şifrələyiblər. Onlar daha sonra ipucu kimi böyük daşın dibində olan sandığın şəkilini paylaşıblar.
Hər il təşkil edilən yarışda bu dəfə Deymon Conson və oğlu Tay qalib olub.
Maraqlıdır ki, ABŞ-də bu tip əyləncəli müsabiqələr tez-tez keçirilir. Məsələn, 2010-cu ildə milyonçu Forrest Fenn qayalıq ərazidə xəzinə gizlətdiyini elan etmişdi. Xəzinənin koordinatları onun özünün yazdığı şeirdə "ört-basdır" edilmişdi. Yeri gəlmişkən, xəzinəni heç kim tapmamışdı. Üstəlik, axtarışlar zamanı azı 5 nəfər həyatını itirmişdi.
L.Tağıyeva