ABŞ-da prezidentliyə namizəd olan Donald Tramp bildirib ki, seçkidə uduzacağı halda ölkəni tərk edəcək.
525.az-ın “Newsweek”ə istinadən verdiyi məlumata görə, İlon Maska müsahibəsində sabiq dövlət başçısı qeyd edib ki, yenidən prezident seçilməsə, Venesuelaya köçəcək.
Trampın sözlərinə görə, seçkidə uduzağı təqdirdə ABŞ yaşamaq üçün Venesueladan da təhlükəli ölkəyə çevriləcək:
“Venesuelada cinayət dərəcəsi azalır, ABŞ-da isə artır. Ona görə də seçkidə hər hansı dəhşətli şou ilə qarşılaşsaq, növbəti dəfə Venesuelada görüşməli olacağıq. Çünki bu halda Venesula ABŞ-la müqayisədə daha təhlükəsiz ölkəyə çevriləcək”.
D.Tramp əlavə edib ki, Nikolas Muduronun prezidentliyi dövründə Venesuelada cinayətlərin sayı 72 faiz azalıb.
İbrahim Cəfərov
çap et