525.Az

Amerikalı siyasətçilər Harrisi Trampın ideyalarını oğurlamaqda ittiham ediblər


 

Amerikalı siyasətçilər Harrisi Trampın ideyalarını oğurlamaqda ittiham ediblər<b style="color:red"></b>

Ağ Evin keçmiş mətbuat katibi, amerikalı siyasətçi Keyli Makinani hesab edir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris respublikaçı rəqibi Donald Trampı təqlid edir.

525.az xəbər verir ki, bu barədə o, Fox News-a açıqlamasında deyib.

“Strategiya olmadan, seçkidə qalib gələ bilməzsiniz. Kamala Harrisin strayegiyası Trampı təqlid etməkdir. O, təkcə zahiri görünüşcə Trampı təkrarlamır, həm də milyonlarla qeyri-qanuni miqrantı ölkəyə buraxdıqdan sonra onun dörd il əvvəlki ideyalarını oğurlayır”, - siyasətçi bildirib.

ABŞ Nümayəndələr Palatasnın üzvü Maykl Uolts da belə düşünür. O, Fox News-a deyib ki, Kamala Harris saxtadır və ən əsas olanı da budur: “İstər onun Trampın bəzi vergilərin ləğvi fikrini oğurlamaq cəhdi, istər vitse-prezident seçimi, istərsə də sərhəd məsələsi və s. barədə söylədikləri əsl saxtakarlıqdır”.

Uolts hesab edir ki, Kamala hakimiyyətdə qalmaq üçün əlindən gələni edəcək”: “Son nəticədə isə o, sərt solçudur. Əfqanistandan qoşunların çıxarılmasından, geniş açıq sərhəddən, hər il yüz minlərlə insanın fentanildən ölümünə qədər, bütün bunlar Harrisin əl işləridir. İnsanlar bunu görür. Fakt ondan ibarətdir ki, keçmiş prezident Trampın siyasəti işlədiyi nir vaxtda Harris sadəcə olaraq səs-küylü ifadələri ortaya atır”.

Pərvanə Sultanova

 





13.08.2024    çap et  çap et