Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kursk vilayətinə hücuma görə Ukraynanın cəzalandırılacağına söz verib.
525.az TASS-a istinadən xəbər verir ki, o, Ukrayna Silahlı Qüvvələrinin addımını “terror hücumu” adlandırıb:
“Şübhəsiz ki, Ukrayna hakimiyyəti layiq olduğu cəzanı alacaq. Bu cəza müxtəlif nəticələrə səbəb olacaq”.
Medvedev əlavə edib ki, “Vahid Rusiya” partiyası hücumdan zərər çəkmiş Kursk vilayətinin sakinlərinə kömək etməlidir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu nəticəsində 12 nəfər ölüb, 121 nəfər yaralanıb ki, onlardan da 10-u uşaqdır.
İbrahim Cəfərov
çap et