525.Az

Gəzinti- "Həyat lövhələri"


 

Gəzinti- <b style="color:red">"Həyat lövhələri"</b>

E-mail: khalil_majid@mail.ru

 

 

Dayımgildə idim. Telefon zəng çaldı. Zəng edən Bakı Nəqliyyat prokuroru Elmar Qarayev idi. Dayımı bulvara gəzintiyə dəvət edirdi (onlar dənizkənarı parkda gəzməyi çox xoşlayırdılar).

 

Dayım:

 

İstəyirsən sən bizimlə olfikrimi soruşdu.

 

Məmnuniyyətlədedim.

 

Bir neçə dəfə bulvarı o baş, bu başa gəzdik.

 

İstəyirsiniz dəniz vağzalında (dəniz vağzalı yenicə açılmışdı) kofe içəkElmar Qarayev təklif etdi.

 

Razılaşdıq. Vağzala çatanda, vağzalın restoranından gələn bağırtı, çığırtı, hay-küy diqqətimizi çəkdi. Restoranda vur-çatlasın idi.

 

Gəlin, görək bu həngamədirprokuror dilləndi.

 

Restorana girmək istəyəndə, qapıçı bizi saxladı:

 

Restoran bu gün kənar şəxslər üçün işləmirdedi. Mötəbər bir şəxsin oğlunun ad gününü qeyd edirlərəlavə etdi.

 

Belə ad günü olar, bura ki, bardaqdırprokuror qapıçının sözünü kəsdi.

 

Restoranın direktoru bu hay-küyü eşitmir, o, harda oturur?

 

Odey, restoranın direktoru o qadını qucaqlayan kişidir.

 

Onu çağırın bura gəlsin.

 

Yoldaş, bağışlayın, mən onu çağıra bilmərəm, hirslənər.

 

Cəhənnəmə hirslənsin, çağırın deyirəm sizəprokuror qapıçının üstünə qışqırdı. Qapıçı əlacsız qalıb restoranın direktorunu çağırdı.

 

Direktor rəqs etdiyi qadını buraxmayaraq, bizə tərəf gəldi. Hər ikisi lül-qəmbər idi.

 

Kimdir məni soruşan? – qışqıra-qışqıra yanımıza gəldi.

 

Bu bardaqdır açmısan burdaprokuror çox hirslənmişdi.

 

Bardaq niyə olur, şənlənməyə haqqımız yoxdur? Biz ad günü keçiririk.

 

Kimin ad günüdür? Belə ad günü olar, elə bil dəlixanadır.

 

Yoldaş, sizə dəxli var kimin ad günüdür? Sizə hesabat vermək həvəsim yoxdur.

 

Bilirsiniz mən kiməm?

 

Bilmirəm, heç bilməyə ehtiyac duymuram.

 

Mən Bakı Nəqliyyat prokuroru Elmar Qarayevəm, eşitmisən?

 

Restoranın direktoru diksindi, qadını əlindən buraxdı, elə bil sərxoşluğu da yoxa çıxdı:

 

Bağışlayın yoldaş Qarayev, tanımadım. Dönə-dönə üzr istəyirəm.

 

Prokuror ona cavab verməyib, bizə,- gedəkdedi,- daha kofe içəsi olmadıq.

 

Aradan bir neçə gün keçəndən sonra öyrəndik ki, restoran direktoru işdən çıxarılıb.

 

 

Bilet məsələsi

 

 

Ağcabədiyə qohum-əqrəbaya baş çəkməyə getmişdik. Geri qayıdanda, Ağdam-Bakı qatarı ilə gəlməyə qərar verdik. Deyirdilər ki, bilet almaqda elə bir problem olmur, elə qatar gedən günü bilet almaq olur. Odur ki, qatarın yola düşməsinə iki saat qalmış dəmiryol vağzalında idik. Bilet üçün kassaya müraciət etdik.

 

Kassadan: –bilet yoxdurcavabını verdilər. Əlacsız qalıb Elmar Qarayevin adından istifadə etmək istədik.

 

Biz Nəqliyyat prokuroru Elmar Qarayevin qohumlarıyıq- deyə, kassirə müraciət elədik.

 

O, mənlik deyil, vağzal rəisinə müraciət edindedi.

 

Biz vağzalın rəisinə eyni sözləri təkrarladıq.

 

Rəis:

 

Elmar müəllim bizim yerlimizdir, can-ciyərimizdir, fəxrimizdir, amma üzüqarayam, bilet yoxdur.

 

Geriyə, Ağcabədiyə qayıtmağa qərar verdik. Amma fikir verdim ki, kassadan bilet alıb çıxırlar. Bilet alıb çıxan bir nəfərə yaxınlaşdım:

 

Üzr istəyirəm, o bileti necə aldınız? Axı bizə dedilər ki, bilet yoxdur.

 

Qardaş, puluna minnət. İstəyirsiniz, sizə alım. Amma məzənnə belədir, biletin qiymətinin iki misli.

 

Mən dörd biletin (biz üç nəfər idik, amma kupeni bütöv götürmək istəyirdik) pulunu ona verdim. Heç beş dəqiqə keçməmişdi, o, biletləri gətirdi. Təşəkkürümü bildirdim.

 

Qatar yola düşdü. Qəribə burası idi ki, vaqonun yarıdan çoxu boş idi. Bərdədə, Yevlaxda bir neçə nəfər minsə , Bakıya qədər boş yerlər var idi.

 

Dayımgilə gəlmişdim. Elmar Qarayev orada idi. Dayım qızı (o da bizimlə qatarla gələnlərdən idi) qəflətən:

 

Elmar əmi, bu yaxınlarda Ağcabədiyə getmişdik (mən qədər him-cim elədimsə, o, dayanmaq bilmirdi), qayıdanda, istədik Ağdam-Bakı qatarı ilə gələk. Ağdam dəmiryolu vağzalında bilet almaq istədik. Dedilər bilet yoxdur. Məcbur olub sizin adınızdan istifadə etmək istədik. Vağzalın rəisi sizi həmyerlisi, can-ciyəri, Ağdamın fəxri adlandırsa da, “üzüm qaradır, bilet yoxdurdedi. Əlacsız qalıb Ağcabədiyə qayıtmaq istəyirdik ki, gördük adamlar kassadan bilet alıb çıxırlar. Bilet alan bir nəfərə yaxınlaşıb soruşduq ki, bizə bilet ala bilərmi? Niyə almıram, puluna minnətcavabını verdi. Hər biletin ikiqat qiymətini ödəməklə bizə dörd bilet aldı. Maraqlı burası idi ki, vaqonda bizdən başqa cəmi bir neçə nəfər vardı. Düz Bakıya qədər bizim vaqon demək olar, boş gəldi.

 

Elmar Qarayev heç demədi, amma hiss olunurdu ki, çox hirslənib.

 

Sonradan öyrəndik ki, Ağdamın dəmiryolu vağzalının rəisi işdən çıxarılıb cinayət məsuliyyətinə alınıb. Rəis Elmar Qarayevin qohum-əqrəbasını, dostlarını onun üstünə töksə , prokuror fikrini dəyişməmişdi. Rəis hətta, prokurorun çox hörmət etdiyi (kimsə onu nişan vermişdi), Ağcabədidə yaşayan qohumunu bu işə qarışdırsa da, heç alınmamışdı. Prokuror qərarında qəti idi.

 

 

lll

 

 

Moskvaya getməyə hazırlaşırdım. Bilet almaq lazım idi. Tanışları bu işə cəlb etsəm , SV vaqonuna bilet almaq müşkül bir işə çevrilmişdi. Elmar Qarayevdən kömək istəməyə (ona çox çətin vəziyyətlərdə bilet almaq üçün müraciət edirdik) üzüm gəlmirdi.

 

İş otağımda oturub bilet haqqında fikirləşirdim. Qapım açıldı. Üçüncü kurs tələbəsi, gürcü qızı otağa daxil oldu:

 

Xalil Medjidoviç, niyə dilxorsunuz? – soruşdu.

 

Niyə dilxor olmayın, dəmiryolu institutunda işləyəsən, özün qatara bilet tapa bilməyəsən, bu necə olan şeydir?

 

Sizə hara, vaxta, neçə bilet lazımdır?

 

Mənə Moskvaya SV vaqona bir bilet lazımdır. Bilet almaq üçün aləmi bir-birinə qatmışam, amma heç alınmır.

 

Mən Gürcüstan Dəmiryolu İdarəsi rəisinin katibəsiyəm. Bizim rəis sizin Dəmiryolu İdarəsinin rəisi ilə tez-tez telefonla danışır, görüşürlər. Sizin rəis məni tanıyır. Rəisdən xahiş edərəm.

 

SV vaqonuna cəmi bir neçə bilet açıq satışa çıxarılırdı, qalan biletlər ayrı-ayrı müəssisələrin, şəxslərin bronu şəklində saxlanılırdı. Bu bronlar Dəmiryolu İdarəsi rəisinə (2 bilet), Bakı damiryolu şöbəsinə (1 bilet), Nəqliyyat prokurorluğuna (2 bilet), Nəqliyyat Polis İdarəsinə (1 bilet), Mərkəzi Komitəyə (2 bilet), Nazirlər Sovetinə (2 bilet) s. aid idi. O biletlər onların icazəsi olmadan satışa çıxarıla bilməzdi. Yalnız qatarın yola düşməsinə üç saat qalanda (əgər bron sahiblərindən xəbər çıxmasa) bilet satışa çıxarıla bilərdi.

 

Bir neçə saatdan sonra gürcü qızı bileti zərfdə mənə təqdim etdi. Heç pulunu da almaq istəmirdi. Lakin mən biletin pulunu zorla onun cibinə basdım təşəkkürümü bildirdim. Mənim üçün maraqlı idi, o, bileti necə alıb. Bu barədə ondan soruşdum.

 

Dəmiryolu İdarəsinə getdim. Özümü rəisin katibəsinə təqdim etdim, həmkarıq dedim. Rəisin qəbuluna düşmək istədiyimi bildirdim. O, kabinetə girdi, mənim xahişimi rəisə çatdırdı. Məni içəri dəvət etdilər. Özümü rəisə təqdim etdim, rəisimizin salamını çatdırdım. Rəis məni çox səmimi qarşıladı, onun da salamını rəisimizə çatdırmağı xahiş etdi:

 

Xoş gəlmisiniz, sizin səsinizi telefonda çox eşitmişəm, amma üzünüzü cəmi bir dəfə görmüşəm Tbilisidə olanda. Buyurun, sizi eşidirəm.

 

Mən Bakıda dəmiryolu institutunda oxuyuram. Mənə Moskvaya SV vaqonuna bir bilet lazımdırdedim. O, katibəyə vağzal rəisinə zəng edib brondan bir bilet ayırmağı tapşırdı. Təşəkkürümü bildirib rəisdən ayrıldım. Mən gedib xüsusi kassadan bileti götürdüm.

 

Afərin, Tamara (qızın adı idi), qoçaq qızsandedim.

 

Mən Tamaranın xidmətindən (o, artıq institutu bitirmiş, Nazirlər Sovetində Nəqliyyat şöbəsinin müdiri işləyirdi) bir dəfə istifadə etməli oldum. Dayım oğlu Varnaya (Bolqarıstan) təyyarə ilə uçmalı idi. Təyyarə Tbilisidən uçurdu. Təyyarəyə bilet almaq çox çətin idi. Tamaraya zəng edib (əlaqəmiz vardı, o, bütün bayramlarda məni təbrik edirdi) xahişimi bildirdim.

 

O, dayım oğlunu Tbilisi aeroportunda qarşılamış Varnaya bileti ona vermişdi.

 

Sonralar baş vermiş məlum hadisələr, Sovet İttifaqının süqutu, respublikalar, insanlar arasındakı əlaqəni mümkünsüz etdi. Təəssüf ki, mən keçmiş gürcü tələbələrimlə (onların əksəriyyəti vağzal, stansiya rəisləri vəzifəsində, Dəmiryolu İdarəsində, Nəqliyyat şöbələrində yüksək vəzifələrdə işləyirdilər) əlaqəm kəsildi. O cümlədən, Tamara ilə .

 

 

Barışıq

 

Elmar Qarayev dayımla qohumluqdan çox, yaxın dost idilər. Günləri demək olar ki, bir yerdə keçərdi. Sevimli gəzinti yerləri Dənizkənarı park idi. Amma nədənsə bir-birindən tez-tez inciyirdilər, hətta, küsürdülər. Lakin heç olmamış kimi, tez barışırdılar. Bir dəfə isə araları bərk dəydi. Yəqin ki, isə ciddi bir şey baş vermişdi. Görünür, kimlərsə onların arasına girmişdi. Küsülülükləri lap çox çəkdi. Mən bu vəziyyətdən çox narahat idim. Hiss edirdim ki, dayım özü bu vəziyyətdən mənəvi əzab çəkir, amma barışmağın heç üstünə gəlmirdi. Elmar Qarayev barışmağa cəhd göstərmirdi. Onu Dənizkənarı parkda görən olmamışdı. Heç dayım da bulvara getmirdi.

 

Bir gün eşitdim ki, Elmar Qarayevi vəzifəsindən (Nəqliyyat prokuroru) azad ediblər. Dayımgilə gedib bu xəbəri ona çatdırdım. Dayımın bu işdən xəbəri yox imiş. Elə o dəqiqə dayım Elmar Qarayevə zəng etdi:

 

Elmar, salam. Çoxdandır səninlə Bulvara getmirik, yaman darıxmışam (sanki küsülü deyillər).

 

Vahid (dayımın adıdır), çox sağ ol zənginə görə, bu zəng mənə bu vəziyyətimdə məlhəm kimi təsir etdi. İşdən çıxan gündən hamı məndən yan qaçır, ətrafımda quyruq bulayandostlarımmənə yaxın gəlmir, salam da vermirlər (bizdə bu qəbul olunmuş münasibətdir: İşdən çıxarılmış yüksək vəzifəli adamla salamlaşmaqdan da qorxurlar). Məni hədsiz sevindirdin, bağışla, gərək vəzifədə olan vaxtı zəng edib sənə qarşı düzgün hərəkət etmədiyimi etiraf edəydim. Qürurum yol vermirdi. İndi görürəm ki, bu, yersiz qürur imiş. Sənin üçün burnumun ucu göynəyir. Bulvarda görüşənədək.

 

Biz dayımla Bulvara gəldik. Elmar Qarayev bizi gözləyirdi. O, bizimlə qucaqlaşıb öpüşdü. Biz həmişəki kimi, Bulvarda yorulunca gəzdik. Sonra çay içməyə getdik. Uzun müddət küsülü olmaları yaddan çıxmışdı.

 

 

R.A. Rudenko ilə tanışlıq

 

 

M.V. Lomonosov adına Moskva Dövlət universitetində dörd aylıq ixtisasartırma kursunda idim. Dayım Bakıdan zəng etdi ki, Elmar Qarayevlə Moskvaya gəlirik, “Moskvamehmanxanasında olacağıq, sən ora gəl, görüşək.

 

Mehmanxanaya gəldim. Xoş-beşdən sonra:

 

Bu zəngin süfrəni mənə görə açmısınız? – deyə, zarafat etdim.

 

Dayım:

 

Elə sənə görə , amma bir qonağımız da olacaq, SSRİ Baş prokuroru Roman Andreyeviç Rudenko.

 

Mənim belə bir qonaqlıqda iştirakım məsləhətdirmidedim.

 

Elmar Qarayev:

 

Elə əsl sənin yerindir, qoy Rudenko görsün ki, necə istedadlı gənclərimiz var.

 

Rudenko istedadımı nədən görəcək?

 

Sən göstər . Çəkinmə, mövzuda istəyirsən danış.

 

Bir azdan qapı açıldı. İki nəfər otağa daxil oldu. Onlardan biri Elmar Qarayevlə dayımla qucaqlaşıb öpüşdü, mənə əl verib görüşdü (bu, yəqin ki, R.A. Rudenko idi), sonra onunla birlikdə gələn şəxsə:

 

Sən get, lazım olanda, çağıraramdedi.

 

Dayım məni R.A. Rudenkoya təqdim etdi:

 

Bacım oğludur, MDU-da stajirovkadadır. Riyaziyyatçıdır. Mənim bacıoğlanlarımın içərisində ən çox sevdiyimdir. Ağıllı, dərrakəli, istedadlıdır.

 

Rudenko:

 

Riyaziyyat gözəl elmdir. Mən məktəbdə bu fənni çox sevirdim, amma seçimim başqa oldudeyib stol arxasında özünə yer tutdu.

 

Stolun üstündə hər cür nemət vardı. Hətta, Bakıdan müxtəlif xörəklər, şirniyyatlar bişirtdirib gətirmişdilər.

 

Qonaqlıq çox səmimi, şən (müxtəlif gülməli hadisələr, lətifələr danışırdılar, hətta, mən ürəklənib tələbə həyatından bir lətifə danışdım, hamı şaqqanaq çəkib gülüşdü) keçirdi, hamı özünü elə bil öz evində hiss edirdi, sərbəstlik vardı, sanki yanımızda oturan nəhəng bir dövlətin Baş prokuroru deyil, sıravi bir adam idi.

 

R.A. Rudenko Azərbaycan xörəklərini çox tərifləyirdi:

 

Hərçənd, hamı erməni konyaklarını tərifləyir, amma mən Azərbaycan konyaklarını daha çox xoşlayıram, bunu sizə görə demirəm, həqiqətən belədir, xüsusiləAzərbaycan”, “Yubileykonyakları.

 

Qonaqlıq sona yaxınlaşırdı. Rəsmi adamların rəsmi danışıqlarına mane olmamaqdan ötrü mən sağollaşıb otağı tərk etdim.

 

Əlbəttə, mənim üçün həmin gün çox xoş keçmişdi, əzizlərimlə görüşmüş, ən başlıcası, SSRİ Baş prokuroru R.A. Rudenko ilə tanış olmuşdum.

 

Ən böyük təəssüratım R.A. Rudenkonun sadəliyi, səmimiyyəti, insani keyfiyyətləri idi. Fikirləşirdim ki, gör bizim adi rayon prokuroru özünü necə aparır, başqalarını heç adam yerinə qoymur, lovğalığı, təkəbbürü, özündənrazılığı, yekəxanalığı, ədası yerə, göyə sığmır. Məni təəccübləndirən Elmar Qarayevin Rudenkoya olan münasibəti idi. Elə bil onlar eyniranqlı vəzifə sahibləri idilər. Mən vəzifəli şəxslərin özlərindən yüksək vəzifəli adamlar yanında cücəyə döndüklərinin çox şahidi olmuşdum. Onların yaltaqlığı iyrənc bir forma alırdı. Burada isə mən şəxsiyyətli insanların münasibətinin şahidi oldum. R.A. Rudenko Elmar Qarayevə yaxın bir dostu kimi baxırdı.

 

Mən o görüşün xoş təəssüratından ayrıla bilmirdim.

 

 

Ovçu professor

 

 

Dayım ovçuluğa nədənsə professor olandan sonra başlamışdı. O, professional ovçu olmuşdu. Amma təbiətə ziyan vuran ovçulardan deyildi. O, təbiəti çox sevirdi. Respublikamızı qarışbaqarış gəzmişdi. Rayon partiya komitələri katiblərinin əksəriyyəti ilə yaxından tanışlığı vardı. Dost olduğu katiblər az deyildi. Elə onlar dayımı ova dəvət edirdilər. Dayım o dövrlərdə Tibb İnstitutunda kafedra müdiri işləyirdi. Üstəlik dayım Moskvada nəşr olunanSovetskiye profsoyuzıjurnalının Orta Asiya, Zaqafqaziya üzrə xüsusi müxbiri idi. Bu dövr həmkarlar təşkilatının at oynatdığı vaxtlar idi. Odur ki, dayımı hər yerdə böyük ehtiramla qarşılayırdılar.

 

Amma bir dəfə Cəlilabad rayonunda xoşagəlməz hadisə baş vermişdi. Quş ovlayərkən güllə səsinə hərbi hissədən gələn olmuşdu. UAZ maşınında gələn hərbçi maşınını xeyli aralıda saxlayıb, onların yanına gəlməyini tələb etmişdi. Dayım sürücüsünə:

 

Get gör kimlərdir, maşını niyə aralıda saxlayıblar, istəyirlər? Bu vəsiqəni göstər (xüsusi müxbir), de ki, biz həmişə burada ov etmişik, bura sərhəd zonası deyil.

 

Maşındakılar sürücü ilə söhbətdən sonra maşını sürüb getdilər. Sürücü qayıdıb:

 

Vahid müəllim, əvvəla, dedilər ki (böyükləri podpolkovnik İvanov idi), sizin borcunuzdur ki, bizə yaxınlaşasınız, deməli, bizi saymırsınız. İkincisi, sizə kim icazə verib ki, sərhəddə yaxın bir yerdə ov edirsiniz. Üçüncüsü, sizin kim olmağınız bizi maraqlandırmırdeyib, müxbir vəsiqəsini cibinə qoydu əlavə etdihərbi hissəyə gələrsiniz. Sonra da maşını sürüb getdilər.

 

Müxbir vəsiqəsinin götürülüb hərbi hissəyə aparılması (qanuna görə heç kimin təqdim olunmuş vəsiqənin müsadirə etməsinə ixtiyarı yoxdur, yalnız vəsiqədəki məlumatlar götürülüb mütləq sahibinə qaytarılmalıdır), hərbçinin hərəkətləri dayıma çox pis təsir etmişdi.

 

Dayım sürücüsünə:

 

Sür rayon partiya komitəsinə.

 

O dövrdə Cəlilabad rayon partiya komitəsinin birinci katibi sosialist əməyi qəhrəmanı məşhur Qurbanov idi. Onun dayımla çox sıx münasibətləri vardı.

 

Dayımı səmimi qarşılayan katib:

 

Vahid müəllim, niyə xəbərsiz gəlmisən?

 

Bilirsən, düzü, yanına gəlmək fikrim yox idi. Səni işdən ayırmaq istəmirdim. Bilirəm ki, işlərinizin çətin vaxtıdır. Amma bir hərbçinin özbaşınalığı məni bura gətirdi. Sənə məlumat verməmiş hərəkət etmək istəmədim. Bilirsən ki, hərəkət etsəm, rayonda ən azı ara qarışacaqdı. Odur ki, sənin yanına gəldim. Mən heç bir qanunsuz hərəkət etməmişəm. Getdiyimiz yer sərhəd zonası deyil, özü mən orada birinci dəfə deyil ki, ov edirəm. Ümumiyyətlə, hərbçinin sərhəddən uzaq yerdə ov etmək işinə qarışmağına kim səlahiyyət verib. Yaxşı, gəlmisən, niyə maşınını yüz metr aralıda saxlayırsan, bizi ayağına apartdırırsan, üstəlik, qanunsuz olaraq, vəsiqəmi cibinə qoyub maşını sürüb gedirsən. Sənə kim ixtiyar verib ki, vəsiqəni özünlə aparırsan. Mən istəmirəm ki, rayonun adı yuxarılarda hallansın. Odur ki, tələb edirəm: podpolkovnik İvanov bura çağırılsın, bizdən rəsmi üzr istəsin, müxbir vəsiqəmi özümə qaytarsın, bir belə bir özbaşınalığa yol verməyəcəyinə söz versin.

 

Katib:

 

Vahid müəllim, xahiş edirəm, hirslənmə. İndicə o yaramazın tənbehini verərikdeyib, hökumət telefonuna əl atdı hadisəni olduğu kimi hərbi hissə rəisinə danışdı.

 

Heç bir saat keçməmişdi ki, podpolkovnik İvanov rayon partiya komitəsinə gəldi. Katibə, dayıma üzrxahlıq elədi. Lakin katib onun dayımdan rəsmi üzr istəməsini, vəsiqəni qaytarmağı bir səlahiyyətinə aid olmayan işlərlə məşğul olmamağı tələb etdi. Podpolkovnik bütün tələblərlə razılaşdı.

 

Dayım katibin qonaqlıq tədbirinə ovqatının pozulduğunu bəhanə gətirərək, razılıq vermədi sağollaşıb Bakıya yola düşdü.
 





14.11.2012    çap et  çap et