525.Az

Blinkenin Yaxın Şərqə səfəri təxirə salındı


 

Blinkenin Yaxın Şərqə səfəri <b style="color:red"> təxirə salındı</b>

ABŞ-nin dövlət katibi Entoni Blinkenin Yaxın Şərqə bu gün başlamalı olan səfəri təxirə salınıb.

525.az İNTERFAX-a istinadən xəbər verir ki, səfərin təxirə salınmasına səbəb regiondakı qeyri-müəyyən vəziyyətdir.

Blinkenin Qətər, Misir və İsrailə  səfər etməsi planlaşdırılırdı.

Xatırladaq ki, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda və “Hizbullah”ın hərbi qanadının komandirlərindən olan Fuad Şükürün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə gərginlik artıb. İran və “Hizbullah” hər iki ölümə görə İsraili cəzalandıracaqlarını bəyan ediblər.

Bu səbəbdən də son günlər dünya mətbuatında İsrailin nə zaman və hansı obyektlərinə zərbələr endiriləcəyi ətrafında müzakirələr səngimir.  

İbrahim Cəfərov

 





14.08.2024    çap et  çap et