https://525.az/img/pics/medium/2025-04/350700_bjn7qt21xl.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2021-10/204680_fjqs1uwj6e.jpg Xaricdə təhsilə dair Dövlət Proqramı: nəticələr gələcəyə ümidləri artırır
https://525.az/img/pics/medium/2024-01/298151_qqtojxxzfp.jpg Sözü silah, silahı söz... - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Ticarət müharibəsi və bazar rəqabəti - Tel­man Oru­cov yazır
search
24 Aprel 2025

“Qarabağ” Bolqarıstan futbolunun tarixinə düşdü

“Qarabağ” Bolqarıstan futbolunun tarixinə düşdü

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 2:7 hesabı ilə məğlub olan Bolqarıstanın “Ludoqorets” klubu antirekorda imza atıb.

İndiyədək avrokuboklarda Bolqarıstanı təmsil edən heç bir kollektiv avrokuboklarda doğma meydanda qapısından 7 top buraxmayıb.

Buna qədər ən zəif göstərici 1977-ci ildə Kuboklar Kubokunda "Anderlext"ə (Belçika) 1:6 hesabı ilə uduzan "Lokomotiv"ə (Sofiya) məxsus olub.

Bundan başqa, Sofiya “Slaviya”sı 1988-ci ildə Serbiya “Partizan”ına, "Liteks" isə 1998-ci ildə Rusiyanın "Spartak" (Moskva) klubuna 0:5 hesabı ilə yenilib. Hər iki görüş UEFA Kubokuna təsadüf edib.

“Ludoqorets”in avrokuboklardakı ən böyükhesablı məğlubiyyəti isə ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində qeydə alınıb. Razqrad təmsilçisi Danimarkada “Norşellan”a 1:7 hesabı ilə uduzub. Klub, həmçinin 2016-cı ildə Çempionlar Liqasında, 2019-cu ildə isə Avropa Liqasında, müvafiq olaraq, "Arsenal" (İngiltərə) və "Espanyol"la (İspaniya) matçlarda 6 cavabsız top buraxıb.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Ludoqorets” klubunu iki oyunun nəticəsinə əsasən 8:4 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. “Köhlən atlar” bu raunnda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq. ("Azərtac")

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.