525.Az

Fransada iki hərbi təyyarənin iştirakı ilə qəza baş verib


 

Fransada iki hərbi təyyarənin iştirakı ilə qəza baş verib<b style="color:red"></b>

Fransanın şərqindəki Myort və Mozel departamentində iki hərbi təyyarə toqquşub.

525.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb. Qeyd olunub ki, pilotların axtarışına başlanılıb.

Qəzaya "Mirage" hərbi təyyarəsi səbəb olub. Tələfat və ya göyərtədə olan insanların sayı barədə məlumat verilməyib.

Pərvanə Sultanova

 





14.08.2024    çap et  çap et