https://525.az/img/pics/medium/2025-07/358784_j32ebr47l2.jpg “525-ci qəzet”in 11 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-07/358727_txpy5n4ioy.png Ruh və düşüncə doğmalığı
https://525.az/img/pics/medium/2025-07/358725_e0lxxr7c16.jpg Hər zaman öndə
https://525.az/img/pics/medium/2023-07/276614_dv265nnrap.jpg Mifin yaddaşı - tarixin sınağı - Loğman Rəşidzadə yazır
search
10 İyul 2025

“Qarabağ”ın Premyer Liqa oyunu təxirə salındı

“Qarabağ”ın Premyer Liqa oyunu təxirə salındı

Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilməli olan "Şamaxı" - "Qarabağ" oyunu təxirə salınıb.

525.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Məlumatda bildirilib:

"Ölkəmizi Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Klub qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib. “Qarabağ” klubunun müraciətini, “Şamaxı” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq 3-cü turun “Şamaxı” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək".

Qeyd edək ki, "Şamaxı" - "Qarabağ" görüşü avqustun 16-da keçirilməli idi.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.