Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 12, 13 və 14 avqust 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “İşgüzar fəaliyyətin səmərəli təşkili” mövzusunda təlim təşkil olunub.
525.az xəbər verir ki, təlim zamanı iştirakçılar vaxtın idarə edilməsi, prioritetlərin müəyyən edilməsi, iş bölgüsü, məqsədlərin qoyuluşu üzrə peşəkarlığın artırılması və s. mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.
Sevinc Qarayeva