525.Az

Türkiyə sərhədini qanunsuz keçmək istəyən FETÖ və İŞİD üzvləri tutulub


 

Türkiyə sərhədini qanunsuz keçmək istəyən FETÖ və İŞİD üzvləri tutulub<b style="color:red"></b>

Türkiyə sərhədini qanunsuz keçmək istəyən FETÖ və İŞİD üzvləri tutulub.

525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2-si FETÖ, 1-i İŞİD üzvü olmaqla, ümumilikdə 5 nəfərin qeyri-qanuni yollarla sərhədi keçməsinin qarşısı alınıb.

“Ölkəmizdən Yunanıstana, Suriyadan isə ölkəmizə qanunsuz keçməyə cəhd edən 5 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb. Onlardan 2-sinin FETÖ, 1-nin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib”, - məlumatda vurğulanır.

 





14.08.2024    çap et  çap et