525.Az

Zelenski: Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik


 

Zelenski: Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik<b style="color:red"></b>

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edir.

525.az "Report" a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraicətində bildirib.

“Biz bu gün Kursk vilayətində yaxşı irəliləyiş əldə edirik. Öz strateji məqsədimizə nail oluruq”, - prezident deyib.

O qeyd edib ki, hökumət nümayəndələri ilə Kursk vilayətində Ukrayna hərbçilərinə dəstək məsələlərinə dair görüş keçirib.

"Ukraynanın qaydalara uyğun döyüşməsi vacibdir və bu ərazidə mövcud olan humanitar ehtiyaclar təmin edilməlidir", - Zelenski vurğulayıb.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.

 





14.08.2024    çap et  çap et