MLS-in "Çikaqo Fayr" klubu İsveçrə millisinin yarımmüdafiəçisi Şerdan Şakiri ilə yolları ayırıb.
QOL.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqaviləyə xitam verilib.
Xatırladaq ki, Şakiri 2022-ci il fevralın 9-da ABŞ təmsilçisinə trasfer olmuşdu. O, 2024 MLS mövsümündə 12 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.