İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı yenidən püskürüb.
525.az xəbər verir ki, bu barədə “The Mirror” qəzeti məlumat yayıb.
Bildirilir ki, vulkan püskürməsi nəticəsində yaranan kül və tüstü səbəbindən Kataniya hava limanında uçuşlar dayandırılıb. Görüntünün məhdudlaşdırılması səbəbindən bir neçə reys Palermo və Komizoya yönləndirilib.
“Volcano discovery” portalının yazdığına görə isə, püskürmə intensivləşməkdə davam edir və pulsasiya edən lava fəvvarələri mərhələsinə çatıb.
Xatırladaq ki, aprelin 7-də Etna vulkanı 2013-cü ildən bəri ilk dəfə tüstü halqaları yaymağa başlayıb. Mütəxəssislər bu hadisəni vulkanda yeni kraterin kəşfi ilə əlaqələndiriblər.
Əlavə edək ki, Etna vulkanı YUNESKO-nun irs siyahısına daxildir.
İbrahim Cəfərov
çap et