İspaniyanın bəzi əyalətlərində sakinlərin baseynləri doldurmalarına qadağa qoyulub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, cari ilin əvvəllərindən başlayan quraqlıq çaylarda və su anbarlarında suyun azalmasına səbəb olub.
Xüsusilə, Avropanın cənubunda havaların isti keçməsi su problemini daha da artırıb. İspaniyanın Kastelyon əyaləti tarixi ərzində ən quru ilini keçirir. Toras, El-Toro və Barrakas şəhərlərinə 8 aydır yağış yağmır.
Qeyd edək ki, hər 3 şəhərin meri əhalidən suya maksimum qənaət etmələri xahişi ilə müraciət edib. Bundan başqa suyun verilməsində müəyyən məhdudiyyətlər tətbiq olunmağa başlanılıb.
L.Tağıyeva
çap et