Şimali Koreya bu ilin dekabrında xarici turistləri qəbul etməyə hazırlaşır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, turistlər hələlik ancaq ölkənin şimal-şərqində yerləşən Samcien şəhərinə səfər edə biləcəklər. Vəziyyətə uyğun olaraq, gələcəkdə başqa bölgələrin də turistlər üçün açıq elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, qapalı ölkə kimi tanınan Şimali Koreya 4 il idi ki, turist qəbuluna qadağa qoymuşdu. Bu ilin əvvəlindən etibarən isə qadağalar qismən götürülüb. Artıq, bir neçə dəfə rusiyalı turistlər qrup halında paytaxt Pxenyana səfər edib. Digər ölkələrin vətəndaşları üçün isə, bayaq qeyd etdiyimiz kimi sərhədlər dekabrda açılacaq.
L.Tağıyeva
çap et