525.Az

Ukrayna ordusu Kurska hücumda Britaniya tanklarından istifadə edib


 

Ukrayna ordusu Kurska hücumda Britaniya tanklarından istifadə edib<b style="color:red"></b>

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk bölgəsinə hücum zamanı Britaniyanın “Challenger 2” tanklarından istifadə edib.

525.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Telekanalın məlumatına görə, Böyük Britaniya Ukraynaya Rusiya ərazisində Britaniya silahlarından istifadə etməyə icazə verir. Böyük Britaniyanın Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələri bu xəbəri şərh etməyiblər.

Kursk bölgəsinə hücum zamanı istifadə olunan tankların sayı da açıqlanmır. Mövcud məlumatlara görə, tanklar Ukraynanın 82-ci hava hücum briqadasının xidmətindədir.

Ümumilikdə Böyük Britaniya Ukraynaya 14 “Challenger 2” tankı tədarük edib.

Pərvanə Sultanova

 





15.08.2024    çap et  çap et