525.Az

Ukrayna hərbçiləri bölmələrin Donbassdan Kurska köçürülməsindən narazıdır - Nəşr


 

Ukrayna hərbçiləri bölmələrin Donbassdan Kurska köçürülməsindən narazıdır - <b style="color:red"> Nəşr</b>

Ukrayna hərbçiləri ölkənin silahlı qüvvələri bölmələrinin Donbassdan Kursk bölgəsinə köçürülməsindən narazıdırlar.

525.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb. Nəşr qeyd edib ki, Kiyev artıq Donbassda problemlərlə üzləşib, çünki Rusiya bu istiqamətdən əhəmiyyətli qüvvələrini geri çəkməyib.

"Ukraynalı hərbçilər Kursk əməliyyatından çox narazıdırlar, onlar Donbassda elit xüsusi təyinatlılardan istifadə edə bilərdilər. Üstəgəl, Ukrayna ordusu Pokrovskda əvvəlkindən daha böyük problemlər yaşamağa başlayıb. Kursk vilayətində əməliyyat ilk növbədə Donbassda rus bölmələrinin irəliləməsi fonunda hərbi hissələrdə ruh yüksəkliyini artırmaq üçün təşkil edilib”, - məqalədə vurğulanıb.

Pərvanə Sultanova

 





15.08.2024    çap et  çap et