525.Az

Ukraynada naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb


 

Ukraynada naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb<b style="color:red"></b>

Ukraynanın qərbindəki Ternopol vilayətinin Dobrovodı kəndində 45 yaşlı hərbi geyimli kişi avtomatdan insanlara tərəf atəş açıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ternopol vilayətinin polisi məlumat yayıb.

Məlumata görə, Jitomir vilayətinin 45 yaşlı sakini avtomatdan insanlara bir neçə dəfə atəş açıb, nəticədə 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, hücum edən şəxs qaçmağa çalışıb, lakin daha sonra polisin xüsusi əməliyyatı zamanı saxlanılıb.

 





15.08.2024    çap et  çap et