525.Az

Tramp və Harris oktyabrda ikinci teledebat keçirmək barədə razılığa gəliblər


 

Tramp və Harris oktyabrda ikinci teledebat keçirmək barədə razılığa gəliblər<b style="color:red"></b>

ABŞ-nin Demokratlar və Respublikaçılar partiyasından prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp oktyabrda teledebatların ikinci raundunun keçirilməsi ilə bağlı razılığa gəliblər.

525 az APA-ya istinadən xəbər verir ki, bu barədə vitse-Prezident Harrisin kampaniyasının kommunikasiya direktoru Maykl Taylerin yazılı açıqlamasında bildirilib.

“Donald Trampın kampaniyası üç debat keçirmək təklifimizi qəbul etdi - iki raund prezidentliyə namizədlərlə, biri isə vitse-prezidentliyə namizədlərlə”, - Tayle qeyd edib.

 





15.08.2024    çap et  çap et