525.Az

Hindistan bu il 22 milyard dollarlıq qızıl alıb


 

Hindistan bu il 22 milyard dollarlıq qızıl alıb<b style="color:red"></b>

Bu ilin ilk yeddi ayı ərzində Hindistan 22,234 milyard ABŞ dolları dəyərində qızıl idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12 % çoxdur.

525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

“2024-cü ilin iyul ayında Hindistan 3,13 milyard ABŞ dolları dəyərində qızıl idxal edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 11 % azdır, lakin 2024-cü ilin iyun ayı ilə müqayisədə 2 % çoxdur. 2024-cü ilin ilk 7 ayı ərzində ümumi qızıl idxalı 22,234 milyard ABŞ dolları təşkil edib”, - məlumatda deyilir.

Hindistan özündə demək olar qızıl istehsal etmədən dünyada qızılın ən böyük istehlakçılarından biridir.

 





15.08.2024    çap et  çap et