İrkutsk vilayətinin Çeremxovsk rayonu ərazisində Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə qəzaya uğrayıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tu-22M3 markalı təyyarənin pilotları katapult etməyə imkan tapıblar. Onlar sağ-salamatdırlar.
Təyyarə isə qeyri-yaşayış zonasına düşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qəzanın səbəbi texniki nasazlıqdır. Araşdırmalar aparılır.
Qeyd edək ki, bu, son 1 ayda ikinci hərbi təyyarə qəzasıdır. İyulun 27-də Rostov vilayətində Su-24 qırıcısı təlim uçuşları zamanı qəzaya uğramışdı.
L.Tağıyeva
çap et