525.Az

Təyyarəni endirməkdən qorxdu, başqa məkana uçdu


 

Təyyarəni endirməkdən qorxdu, başqa məkana uçdu<b style="color:red"></b>

"Alaska Airlines" aviakompaniyasının pilotu idarə etdiyi təyyarəni dağlıq ərazidə yerləşən aeroporta endirməkdən imtina edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, San-Fransiskodan Cekson-Houla uçan təyyarə sonda 466 km kənara - Solt-Leyk-Siti hava limanına üz tutub.

İmtinanın səbəbi pilotun təcrübəsiz olmasıdır. O, təyyarəni dağlıq bölgədə yerləşən enmə-qalxma zolağına endirmək üçün lazımi bilik və təcrübəsinin olmadığını bildirərək, sərnişinlərdən üzr istəyib və kursu dəyişib.

Sərnişinlər Solt-Leyk-Siti hava limanında 3 saat gözlədikdən sonra başqa pilot onları mənzil başına çatdırıb.

Qeyd edək ki, Cekson-Houl aeroportu dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir. Dağlıq ərazi və küləkli hava şəraiti bura təyyarə endirən pilotlardan yüksək bacarıq və peşəkarlıq tələb edir.

L.Tağıyeva

 





15.08.2024    çap et  çap et