525.Az

Yumruq boyda qızıl tapdı


 

Yumruq boyda qızıl tapdı<b style="color:red"></b>

Avstraliyalı Luk Filipps gözlənilmədən "ağ günə" çıxıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Viktoriya ştatının Ballart şəhəri yaxınlığında xüsusi avadanlıqla torpağın 1 metr dərinliyində yumruq boyda qızıl tapıb.

2 uşaq atası olan və bir qədər əvvəl işini itirən Filipps tapıntını satsa da, məbləği açıqlamayıb. Avstraliyalı həmkarlarımızın apardığı araşdırmadan sonra qızılın təxmini qiyməti müəyyənləşib - 79 min ABŞ dolları. Amma bu rəqəmin 100 min olma ehtimalı da var. Çünki daha böyük ölçülü qızıllar adətən bahadır.

Qeyd edək ki, yerli əhalinin verdiyi məlumata görə, hələ 19-cu əsrdə bu bölgə qızılaxtaranların sevimli yeri olub. 

L.Tağıyeva

 





15.08.2024    çap et  çap et