Moskvanın Şerementyevo aeroportunun gömrükçüləri ölkəsinə qeyri-adi bağlama aparmaq istəyən çinlini saxlayıblar.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı Çin vətəndaşının əşyalarına baxış keçirərkən, oradan 53 dənə balina dişi və balinaya məxsus digər 58 fraqment aşkarlanıb.
Yolçu tapıntını Moskvada əldə etdiyini və suvenir kimi yaxınlarına apardığını söyləyib.
Araşdırmaya mütəxəssislər cəlb ediliblər. Dövlət Darvin Muzeyinin əməkdaşları fraqmentlərin dişli balinaya məxsus olduğunu bildirməklə yanaşı, bu heyvan növünün Qırmızı kitaba düşdüyünü və mədəni irs nümunələri olduğunu da qeyd ediblər.
Bundan sonra faktla bağlı cinayət işi qaldırılıb.
Qeyd edək ki, əməlinə görə Çin vətəndaşını 5 ilə kimi azadlıqdan mərhumetmə və 1 milyon rubl cərimə gözləyir.
L.Tağıyeva
çap et