525.Az

Qərb zəngin resurslarına görə Rusiyanı ələ keçirmək istəyir - Amerikalı analitik


 

Qərb zəngin resurslarına görə Rusiyanı ələ keçirmək istəyir - <b style="color:red"> Amerikalı analitik</b>

Qərb dövlətləri Rusiyanın zəngin təbii sərvətlərinə sahib çıxmaq üçün onu nəzarətə götürmək istəyirlər.

525.az xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı, analitik Larri Conson deyib. Onun sözlərinə görə, Rusiya zəngin uran, qızıl, neft və təbii qaz ehtiyatlarına malikdir. Qərbin bu resurslara ehtiyacı var.

Bununla belə, analitikin sözlərinə görə, Qərb ölkələri hazırkı münaqişədə uduzduqlarını dərk edirlər. Ona görə də Ukraynaya Rusiya ərazisini vurmağa imkan verir və bununla da payı ikiqat artırırlar: “Bu müharibə 2022-ci ildə deyil, 2014-cü ildə başlayıb. Bu, Rusiyanı zəiflətmək və məhv etmək üçün diqqətlə hazırlanmış plan idi”.

Bundan əvvəl Conson Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu fonunda ABŞ hakimiyyətinin Ukrayna prezidenti V. Zelenskinin devrilməsi ssenarisini nəzərdən keçirə biləcəyi versiyasını irəli sürüb.

Onun sözlərinə görə, Rusiya regionuna hücum Kiyev üçün fəlakətli fiasko olub, çünki o, həm texnika, həm də canlı qüvvə baxımından qəbuledilməz itkilərə məruz qalıb.

Pərvanə Sultanova

 





16.08.2024    çap et  çap et