525.Az

Makronun gələn ay Ermənistana səfəri gözlənilir


 

Makronun gələn ay Ermənistana səfəri gözlənilir<b style="color:red"></b>

Fransa prezidenti Emmanuel Makron sentyabrın 21-də Müstəqillik Günü münasibətilə Ermənistana səfər edə bilər.

525.az xəbər verir ki, bu barədə “Joqovurd” nəşri Fransanın erməni icmasındakı mənbələrə istinadən yazıb. Qeyd olunub ki, səfərin məqsədi Ermənistanın suverenliyinə dəstək nümayiş etdirməkdir.

Nəşr xatırladır ki, hələ 2021-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa lideri ilə danışıqlardan sonra həmin il sentyabrın 21-də onu İrəvanda gözlədiyini bildirib. Lakin səfər baş tutmayıb.

Fransa prezidenti sonuncu dəfə Ermənistanda 2018-ci ilin oktyabrında səfərdə olub və Frankofoniya sammitində iştirak edib.

Pərvanə Sultanova

 





16.08.2024    çap et  çap et