525.Az

Xorvatiyada icbari hərbi xidmət tətbiq ediləcək


 

Xorvatiyada icbari hərbi xidmət tətbiq ediləcək<b style="color:red"></b>

Xorvatiyada iki aylıq icbari hərbi xidmət tətbiq olunacaq.

525.az Associated Press-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İvan Anuşiç bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə ləğv edilmiş hərbi xidmətə çağırışın bərpa olunması qərarı Avropada gərginliyin artması, o cümlədən Balkan regionunda silahlanma və Ukraynadakı münaqişə ilə əlaqədar qəbul edilib. Məcburi hərbi xidmət müddəti iki ay olacaq.

Anusiç əlavə edib ki, hərbi qulluqçuların maaşlarının artırılmasına da qərar verilib. O vurğulayıb ki, Xorvatiya qoşunlarının modernləşdirilməsi plan üzrə, müttəfiqlər və NATO rəhbərliyi ilə razılaşmalara uyğun olaraq davam edir.

Pərvanə Sultanova

 





16.08.2024    çap et  çap et