Türkiyə Böyük Millət Məclisində saxlanılan deputat Can Atalayla bağlı müzakirə zamanı dava düşüb.
525.az xəbər verir ki, bu barədə TGRT Haber məlumat yayıb.
“Tribunaya çıxan millət vəkili Əhməd Şık ilə Ədalət və İnkişaf Partiyasından olan deputatlar arasında dava düşüb. Yumruqlar havada uçduqdan sonra iclas yarımçıq dayandırılıb”, - deyə materialda qeyd olunub.
Telekanal bildirir ki, Ahmet Şık tribunaya çıxdıqdan sonra Ədalət və İnkişaf Partiyasının nümayəndələrini qıcıqlandırıb. Nəticədə həmkarına yumruq zərbəsi endirən Alpay Özalan Almeh Şıkı yerə sərib.
İbrahim Cəfərov
çap et