525.Az

ABŞ qanadlı və gəmi əleyhinə raketlərin istehsalına 130 milyon dollar ayırıb


 

ABŞ qanadlı və gəmi əleyhinə raketlərin istehsalına 130 milyon dollar ayırıb<b style="color:red"></b>

ABŞ JASSM uzaqmənzilli qanadlı və LRASM gəmi əleyhinə raketlərinin istehsalını artırmaq üçün təxminən 130 milyon dollar ayırıb.

525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə “Praym” Pentaqonun bugünkü bəyanatına istinadən məlumat yayıb.

Podratçı “Lockheed Martin” korporasiyasıdır. Bu müqavilə üzrə işlərin Florida ştatının Orlando şəhərində yerinə yetirilməsi, 2027-ci il dekabrın 15-nə tamamlanması planlaşdırılır.

Qeyd edək ki, qanadlı və gəmi əleyhinə raketlərin istehsalının genişləndirilməsi ilə bağlı məlumat ABŞ-nin Ukraynanı JASSM raketləri ilə təchiz edə biləcəyinə dair dünən yayılan xəbərlərlə əlaqədar aktuallıq qazanıb.

 





16.08.2024    çap et  çap et