525.Az

Yaponiyanın hakim partiyasına sədr seçkisinin tarixi məlum olub


 

Yaponiyanın hakim partiyasına sədr seçkisinin tarixi məlum olub<b style="color:red"></b>

Yaponiyanın hakim Liberal-Demokrat Partiyasına sədr seçkisi sentyabrın 27-də keçirilə bilər.

525.az APA-ya istinadən xəbər verir ki,, bu barədə partiyanın adının çəkilməsini istəməyən rəsmisi deyib.

Onun sözlərinə görə, bu məqsədlə təşviqat kampaniyası sentyabrın 12-də başlayacaq. Partiyanın sədri Funio Kişida isə ötən həftə bildirib ki, növbəti dəfə bu posta namizəd olmayacaq.

Qeyd edək ki, qrafik təsdiqlənsə Fumio Kişida BMT Baş Assambleyası çərçivəsində sentyabrın 24-də keçiriləcək debatlarda iştirak edəcək.

 





17.08.2024    çap et  çap et