Rusiyanın Tuva Respublikasında meşə yanğınları davam edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğının genişlənməsi üzündən Tandinsk rayonu ərazisində fövqəladə vəziyyət elan edilib.
Hazırda ayrı-ayrılıqda 497 hektar ərqzidə 7 yerdə yanğın faktı qeydə alınıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğını söndürmək üçün 25 texnika, 173 canlı qüvvə və Mi-8 helikopteri cəlb olunub.
L.Tağıyeva
çap et