525.Az

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək


 

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana səfər edəcək.

"Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.

"Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq", - məlumatda deyilir.

Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.

 





18.08.2024    çap et  çap et