525.Az

ABŞ qırıcı-bombardmançısı Rusiyanın "An-30" təyyarəsinə yaxınlaşıb


 

ABŞ qırıcı-bombardmançısı Rusiyanın "An-30" təyyarəsinə yaxınlaşıb<b style="color:red"></b>

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın F/A-18 qırıcı-bombardmançı təyyarəsi Suriya səmasında Rusiya Aerokosmik Qüvvələrinə məxsus "An-30" təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, Homs əyalətinin Əl-Tanf rayonu üzərində 6 700 metr yüksəklikdə F/A-18 koalisiyasına məxsus qırıcı-bombardmançı təyyarənin təhlükəli yaxınlaşması baş verib.

Rusiyalı ekipaj toqquşmanın qarşısını almaq üçün dərhal lazımi tədbirlər görüb.

 





18.08.2024    çap et  çap et