525.Az

Hindistanın Baş naziri Ukraynaya səfər edəcək


 

Hindistanın Baş naziri Ukraynaya səfər edəcək<b style="color:red"></b>

Hindistanın Xarici İşlər Nazirliyi Baş nazir Narendra Modinin Ukraynaya səfər edəcəyini təsdiqləyib.

525.az bu barədə TASS-a istinadən xəbər verir.  

Bildirilir ki, diplomatik ofis bu gün Baş nazirin Polşa və Ukraynaya səfərlərinə həsr olunmuş xüsusi brifinq keçirəcək. Hələlik səfərlərin dəqiq tarixi açıqlanmayıb.

İyulun sonunda rəsmi Kiyev Hindistanın Baş nazirini Ukraynanın müstəqilliyi günündə, avqustun 24-də səfərə dəvət edib.

Xatırladaq ki, Narendra Modi iyulun 8-də Moskvada rəsmi səfərdə olub. Bu, onun həm Rusiyaya, həm də ümumilikdə Baş nazir seçildikdən sonra ilk səfəri olub.

İbrahim Cəfərov

 





19.08.2024    çap et  çap et