Səudiyyə Ərəbistanı Krallığı Məkkənin Cəbəl əl-Nur bölgəsindəki Hira mağarasına girişi asanlaşdırmaq üçün kanat yolu sistemi qurur.
525.az xəbər verir ki, kanat yolunun 2025-ci ildə işə salınacağı planlaşdırılır.
Yol 634 metr hündürlükdə və Məscidül-həramdan təxminən 4 kilometr məsafədə yerləşəcək.
Layihənin məqsədi ziyarət təcrübəsini təkmilləşdirmək, bu mühüm tarixi və dini məkana daha asan girişi təmin etməkdir.
“Samaya” İnvestisiya şirkətinin baş direktoru Fəvaz Əl-Muhrej kanat yolu layihəsinin gələn il istifadəyə veriləcəyini təsdiqləyib.
Pərvanə Sultanova
çap et