525.Az

Litvada sərnişin avtobusu aşdı


 

Litvada sərnişin avtobusu aşdı<b style="color:red"></b>

Litvanın Şakyaysk rayonu ərazisində ağır yol qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Riqa-Kalininqrad marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Jiqenay kəndi yaxınlığında yoldan çıxıb və aşıb.

Hadisə bu səhər yerli vaxtla 05:55-də baş verib. Avtobusun salonunda 47 sərnişin olub. Onlardan 20-i müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Oturacaqlar arasında sıxılmış 2 sərnişini xilasedicilər avtobusdan çıxarıblar.

Qeyd edək ki, 65 yaşlı sürücü saxlanılıb. Qəzanın səbəbi araşdırılır. Sürücünün sükan arxasında yuxulaması güman edilir.

L.Tağıyeva

 





19.08.2024    çap et  çap et