Ümumrusiya İctimai Fikrin Araşdırılması Mərkəzi tərəfindən Rusiyada əhali arasında aparılan sorğudan məlum olub ki, ruslar Trampı dəstəkləyirlər.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rəyi soruşulanların 37 faizi ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçilməsini istəyir.
Donald Trampın rəqibi, Domekratlar Partiyasının namizədi Kamala Harrisə isə respondentlərin cəmi 8 faiz səs verib.
Hesabatda 18-24 yaşlı gənclər və maddi cəhətdən imkanlı şəxslərin Trampa daha çox simpatiya bəslədikləri qeyd olunub.
Yeri gəlmişkən, rəyi soruşulanların 55 faizi ABŞ-da keçiriləcək prezident seçkilərinə hazırlığı yaxından izlədiklərini, 44 faizi isə bu seçkilərin onlar üçün maraqlı olmadığını bildirib.
L.Tağıyeva
çap et