Venesuelada bu dəfə nümayiş nəyəsə etiraz üçün deyil, ölkə prezidenti Nikolas Maduronu dəstəkləmək üçün keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nümayişlər ölkənin bütün iri şəhərlərində təşkil olunub. Paytaxt Karakasda aksiya içtirakçıları "Milaflores" prezident sarayının qarşısına yürüş ediblər. Burada onları prezident Nikalos Maduro qarşılayıb. O, dəstəyə və həmrəyliyə görə tərəfdarlarına minnətdarlıq edib.
Yeri gəlmişkən, Venesuelada prezidentə həmrəylik əlaməti olaraq motoyürüş də təşkil olunub. 10 mindən çox beyker bu formada Nikolas Maduroya dəstək nümayiş etdiriblər.
Qeyd edək ki, iyulun 28-də Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduronun qalib gəlməsindən sonra müxalifətçilər ölkədə bir neçə gün ardıcıl etiraz aksiyaları keçirmişdilər. Hətta bir sıra dövlət seçkilərin nəticəsini tanımadığını elan etmişdi.
L.Tağıyeva
çap et