525.Az

Almaniyada cinayət sayında son 11 ilin rekordu


 

Almaniyada cinayət sayında son 11 ilin rekordu<b style="color:red"></b>

Almaniyada cinayət sayında son 11 ilin rekordu qeydə alınıb. 

525.az xəbər verir ki, bu barədə “Bild” Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. 

“Qaçaqmalçılıq, quldurluq, zorakılıq – Almaniya mərkəzi polisi ötən il 2012-ci ildən sonra ölkədə rekord sayda cinayət qeydə alıb”, - deyə açıqlama qeyd olunub.   

Bildirilir ki, 2023-cü ildə ölkə ərazisində ümumilikdə 790 245 cinayət hadisəsi qeydə alınıb. Bir il əvvəllə müqayisədə cinayətlərin sayı 12,5 faiz artıb. 

Ümumilikdə il ərzində hüquq-mühafizə orqanları axtarışda olan 235 mindən artıq insanı həbs ediblər ki, bu da ölkə tarixində rekord göstəricidir. 

İbrahim Cəfərov

 





20.08.2024    çap et  çap et