525.Az

“Sübhün səfiri” filminin yaradıcı heyəti Budapeştdə görüşlər keçirib - fotolar


 

“Sübhün səfiri” filminin yaradıcı heyəti Budapeştdə görüşlər keçirib - <b style="color:red">fotolar</b>

Böyük Azərbaycan dramaturqu, filosof ictimai xadim Mirzə Fətəli Axundzadə haqqında çəkilmişSübhün səfirifilminin yaradıcı heyəti-ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq artistləri baş rejissor Ramiz Həsənoğlu Mirzə Fətəli rolunun ifaçısı Rasim Balayev bu ekran əsərinin Macarıstanın paytaxtı Budapeştdə keçirilən təqdimat mərasimində iştirak ediblər. Macarıstandakı səfirliyimizdən verilən məlumata görə, səfirlikdə filmin yaradıcı heyəti ilə Budapeştdə yaşayan Azərbaycan türk icması nümayəndələrinin, burada təhsil alan azərbaycanlı tələbələrin, macar sənət adamlarının görüşü keçirilib. Görüşdə çıxış edən səfir Vilayət Quliyev XIX əsr Azərbaycan bütövlükdə Şərq mədəniyyətinin, ictimai fikrinin tarixində Mirzə Fətəli Axundzadənin yeri rolu haqqında danışıb.

Filmin ssenari müəllifi Anar, rejissor Ramiz Həsənoğlu baş rolun ifaçısı Rasim Balayev ekran əsərinin üzərindəki barədə görüş iştirakçılarına ətraflı məlumat veriblər. Budapeştdəki Azərbaycan icmasının nümayəndələrindən Svetlana Abdullayeva, Vüqar Seyidov, Ramiz Əmirli, Macarıstandakı Türk İş Adamları Dərnəyinin rəhbəri Osman Şahbaz çıxışlarında Azərbaycanla Macarıstanın, eləcə Macarıstanla türk dünyasının mədəni əlaqələrini daha da genişləndirməyin əhəmiyyətini vurğulayıb, səfirliyinin bu istiqamətdəki fəaliyyətini təqdir ediblər. Filmin yaradıcı heyətinin üzvləri, həmçinin Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov gənc yazıçı Günel Anarqızı görüş iştirakçılarının suallarını cavablandırıblar. 

Səfər
çərçivəsində Xalq yazıçısı Anar Macarıstan Yazıçılar İttifaqında olub qurumun sədri Yanoş Sent-Martinlə, müasir macar ədəbiyyatının aparıcı simaları ilə görüşüb. Görüşdə iki ölkənin yaradıcılıq təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişafı yolları barədə fikir mübadiləsi aparılıb. Ədəbi-bədii jurnalların müştərək saylarının hazırlanması, qarşılıqlı səfərlər, hər iki ölkəni təmsil edən tanınmış qələm adamlarının əsərlərinin tərcümə nəşri məsələlərinin vacibliyi qeyd edilib. Görüşdə iştirak edən ölkəmizin macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycanın klassik müasir ədəbiyyat nümunələrinin macar dilinə tərcüməsi nəşri istiqamətində görülən işlərdən danışıb, bir sıra yeni nəşrləri Macarıstan Yazıçılar İttifaqının kitabxanasına hədiyyə edib. “Sübhün səfirifilminin yaradıcı heyətinin başqa bir görüşü Macarıstanın Milli Ehtiyatlar Nazirliyində keçirilib. Nazirliyin mədəniyyət incəsənət departamentinin rəisi xanım Dora Hausenblaxla söhbət zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müstəqillik illərində mədəniyyətin ədəbiyyatın inkişafı istiqamətində ölkəmizdə görülən işlərdən danışıb. Qonağa Macarıstanın mədəniyyət siyasəti bu siyasətdə Azərbaycanın yeri, eləcə yaxın vaxtlarda Bakıda fəaliyyətə başlayacaq Macarıstan Mədəniyyət İnstitutunun planları barəsində məlumat verilib. Sonra Budapeştin mərkəzindəkiUraniamilli kino mərkəzindəSübhün səfirifilminin təqdimatı keçirilib.

Film nümayişindən əvvəl səhnəyə dəvət olunan yaradıcı heyət Mirzə Fətəli Axundzadənin həyat mübarizəsinə həsr olunan bu ekran əsəri barədə tamaşaçılara məlumat veriblər. Böyük maraqla qarşılanan filmin nümayişindən sonraUraniamilli kino mərkəzində yaradıcı heyət üzvlərinin mətbuat konfransı macar tamaşaçıları ilə görüşü keçirilib.

Təqdimat mərasimində bir sıra macar televiziyalarının, qəzet elektron nəşrlərin təmsilçiləri iştirak ediblər.



 





25.10.2014    çap et  çap et