525.Az

Rusiya: Donetskdə İvanovka qəsəbəsini ələ keçirdik


 

Rusiya: Donetskdə İvanovka qəsəbəsini ələ keçirdik<b style="color:red"></b>

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk vilayətində İvanovka qəsəbəsini ələ keçirdiyi barədə məlumat yayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.

Açıqlamada Donbas bölgəsində bəzi məntəqələrin ələ keçirilərək bombalandığı, “Mərkəzi hərbi birləşmələrin öz aktiv hərəkətləri ilə Donetsk Xalq Respublikasında İvanovka qəsəbəsini xilas etdiyi” bildirilib.

Malik Atilay 

 





19.08.2024    çap et  çap et